Piters adına Tibb Mərkəzinin alimləri insan genetikası ilə peşə seçimi arasındakı əlaqəni öyrəniblər. Məlum olub ki, bu seçimə genlərin təsiri var, lakin olduqca zəifdir.
Bakupost.az xəbər verir ki, araşdırmanın nəticəsi “Nature Human Behaviour” (NHB) jurnalında dərc edilib.
Tədqiqatda istifadə edilən poligen qiymətləndirmələr, insanın müəyyən xüsusiyyətlərə və ya psixi meyllərə, məsələn, artan aktivliyə, depressiyaya və ya yaradıcı düşüncəyə genetik meylini ölçməyə imkan verir. Araşdırma üçün alimlər ABŞ və Böyük Britaniyanın iki iri biobankında toplanmış 420 mindən çox insanın məlumatlarını təhlil ediblər.
Tədqiqatın nəticələri göstərib ki, müəyyən genetik meyillilik həqiqətən peşə seçimi ilə əlaqəli ola bilər, lakin bu əlaqə olduqca zəifdir. Məsələn, autizm spektr pozuntularına zəif genetik meyli olan insanlar daha çox incəsənət və ya riyaziyyatla bağlı peşələr seçirlər. Bununla belə, bu cür əlaqələr bir şəxsin hansısa karyeranı seçməsi səbəblərinin cəmi 0,4%-ini izah edir.
Peşə seçimində daha böyük rolu isə yaş, cins, təhsil və sosial şərait oynayır.
Lalə, BakuPost