“Bu qədər ittiham qarşısında İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun yaxın müddətdə sərbəst buraxılacağı inandırıcı deyil. Ona görə də onun 2028-ci ildə Türkiyədə keçirilməsi nəzərdə tutulan prezident seçkilərində iştirakı mümkünsüz görünür. Üstəlik İmamoğlunun diplomu saxta elan edilib. Türkiyə qanunlarına görə, ali savadı olmayan şəxsin prezidentliyə namizəd olması mümkün deyil”.
Bu fikirləri
Bakupost.az -a politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, seçkilərə hələ xeyli vaxt var və gərginliyin davam etməsi Türkiyəyə iqtisadi cəhətdən ziyan verir:
"Səhmlər aşağı düşür, şirkətlər pul itirir ki, bu da Türkiyə iqtisadiyyatını zəiflədir. Bu vəziyyət Türkiyənin demokratik imicinə də zərbə vurur. Keçirilən mitinqlərə radikal elementlər də qoşula bilərlər. Onlar bu etirazlardan istifadə edib qarşıdurma da yarada bilərlər ki, bu, olduqca təhlükəlidir”.
Sevinc,
BakuPost