Ru
12:53 / 08 Yanvar 2025

Girov götürülən gəmilərdəki azərbaycanlıların yaxınları: “Əlimiz-qolumuz bağlıdır” - VİDEO

Girov götürülən gəmilərdəki azərbaycanlıların yaxınları: “Əlimiz-qolumuz bağlıdır” - VİDEO
Eye

Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada yerləşən Eritreya dövlətinə aid sularda həbs edilib.

Bu barədə Bakupost.az-a uzaq səfərlər kapitanı Səyyar Quliyev məlumat verib. O iddia edir ki, heyət 2 aya yaxındır ac-susuz girov saxlanılır. Gəminin Bakıdan Ərəbistana yola çıxdığı, havanın küləkli olması səbəbindən Afrikaya - Eritreya istiqamnətinə yönəldiyi bildirilir. Gəmidə saxlanılan şəxslərin yaxınları da onlardan narahatdır. Onlar paylaşdıqları mesajlarda “Bizim qohumumuz ordadır. Xəbər ala bilmirik. Əlimiz-qolumuz bağlıdır”, - deyə bildiriblər.

Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova bildirib ki, hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Onu da bildirək ki, Azərbaycan bayrağı altında üzən gəmilər "Caspian Marine Services B.V." şrikətinin ölkəmizdəki filialına məxsusdur.

Xarici İşlər Nazirliyin də məsələ ilə bağlı açıqlama yayaraq, bir sıra detallara aydınlıq gətirib.




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar