Sinə ağrısı, gərginlik zamanı nəfəs darlığı, ürək döyüntüsündə qəribə fasilələr, ayaqların şişməsi və hətta dodaqların göyərməsi - bu narahatlıq doğuran əlamətlər gizli ürək qüsurundan xəbər verə bilər.
Bakupost.az xəbər verir ki, bu barədə rusiyalı kardioloq Anastasiya Poskakalova danışıb.
Onun sözlərinə görə, bu cür qüsurlar ən ağır nəticələrə, o cümlədən qəfil ürək dayanmasına da səbəb ola bilər. Həkim bu simptomları gördükdə laqeyd yanaşmamağı və dərhal həkimə müraciət etməyi tövsiyə edir.
Qeyd olunur ki, müntəzəm tibbi müayinələr, o cümlədən EKQ və exokardioqrafiya vasitəsilə problemi vaxtında aşkar etmək mümkündür. Müalicə edilməzsə, bu əlamətlər xroniki ürək çatışmazlığına səbəb ola bilər.
Lalə, BakuPost