Ru
16:11 / 11 Mart 2025

Google Hitlerin "Mayn Kampf"ını "maraqlı kitab" adlandırdı

Google Hitlerin "Mayn Kampf"ını "maraqlı kitab" adlandırdı
Eye

Google və Amazon alqoritmləri ironiyanı düzgün başa düşə bilməyib və nasist alman diktatoru Adolf Hitlerin “Mayn Kampf” kitabını "oxunması asan və maraqlı olan kitab" adlandırıb.

Bakupost.az xəbər verir ki. bu barədə “404 Media” nəşri məlumat yayıb.

“Mayn Kampf” haqqında “müsbət rəylər” sorğusunu işləyərkən Google-un neyron şəbəkələri kitabın Amazon-dakı qısa təsviri və oxucu rəylərinə əsaslanan məlumatlar təqdim edib.
Google-un qısa təsvirində deyilir ki, alıcılar Hitlerin əsərini “nəşr olunmağa davam edən dünya klassikinin yaxşı tərcüməsi” hesab edirlər.

Nəşr qeyd edib ki, Amazon-da süni intellektlə yaradılan təsvirində iddia olunur ki, oxucular kitabı “əsl sənət əsəri” adlandırırlar, lakin bəzən “darıxdırıcı və qaranlıq” məzmunundan şikayətlənirlər.

Lalə, BakuPost


Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar