Ru
09:00 / 14 Mart 2025

Goranboyda 9-cu sinif şagirdinin qaçırılması ilə bağlı AÇIQLAMA

Goranboyda 9-cu sinif şagirdinin qaçırılması ilə bağlı AÇIQLAMA
Eye

23:07

Goranboyda məktəblinin qaçırıldığı iddia olunur.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, Goranboy şəhər 2 sayılı tam orta məktəbin 9-cu sinif şagirdi Z.B iki gündür ki, yoxa çıxıb.

Məktəblinin dərs vaxtı qaçırıldığı iddia olunur.

Goranboyda məktəblinin qaçırıldığı iddia olunur.

APA-nın yerli bürosunun məlumatına görə, Goranboy şəhər 2 sayılı tam orta məktəbin 9-cu sinif şagirdi Z.B iki gündür ki, yoxa çıxıb.

Məktəblinin dərs vaxtı qaçırıldığı iddia olunur.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

*****

Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdinin qaçırıldığı iddiası ilə bağlı yayılan xəbərlə bağlı bildiririk ki, məktəbin şagirdi martın 12-də ilk 3 dərsdə iştirak edib. 4-cü dərsdən məktəbi tərk edərək sonrakı dərslərdə iştirak etməyib.

Bakupost.az xəbər verir ki, bu barədə APA-ya Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, aidiyyəti qurumlarla birlikdə şagirdin valideyni ilə əlaqə saxlanılıb.

Məsələ ilə bağlı hazırda hüquq-mühafizə orqanları araşdırma aparır.



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar