Goranboyda yük maşını aşıb.
Bakupost.az -ın "Unikal"a istinadən məlumatına görə, hadisə rayonun Ağcakənd qəsəbəsinin yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan yük maşını yoldan çıxaraq aşıb. Nəticədə sürücü, 1995-ci il təvəllüdlü Yusif Orucov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.