Britaniyalı qadın insultdan sonra ayılıb və italyanca danışmağa başlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə "Mirror "məlumat yayıb.
Londondan olan Althea Brayden bildirir ki, keçirdiyi insult ona heç vaxt İtaliyada olmamasına baxmayaraq, italyanca danışmaq qabiliyyəti qazandırıb.
Tibbi araşdırmalara görə, britaniyalı qadında nadir rastlanan "yad aksent sindromu" inkişaf edib. Bu sindrom insanın nitqinin elə səslənməsinə səbəb olur ki, sanki o, başqa bir ölkədən gəlib.
“İnsult keçirdikdən sonra üç ayımı artıq heç vaxt danışa bilməyəcəyimi düşünərək keçirdim”- deyə qadın danışıb.
Zamanla Althea heç vaxt bu dili öyrənməsə də, italyanca sərbəst danışmağa başlayıb.
“Nə baş verdiyini heç anlamıram, beynim sadəcə ingilis sözlərini italyan sözünə çevirir” - deyə o izah edib.
Brayden əlavə edib ki, həkimlər onun vəziyyətini "tibbi möcüzə" adlandırırlar, çünki onların heç biri belə bir hadisə ilə qarşılaşmayıb.
“Mən pozitiv və optimist qalmağa çalışıram, lakin bəzən özümü sanki sirk artisti kimi hiss edirəm”- deyə qadın bildirib.
Lalə Novruz, BakuPost