Ru
18:48 / 22 Yanvar 2025

AQTA: Göyçayda tələbələr qidadan zəhərlənməyib

AQTA: Göyçayda tələbələr qidadan zəhərlənməyib
558

Göyçayda baş verən hadisənin qida zəhərlənməsi olmadığı açıqlanıb.

Bu barədə Bakupost.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, baş verən hadisə ilə bağlı Agentliyinin əməkdaşlarından ibarət mütəxəssis qrupu tərəfindən aidiyyəti qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalar aparılıb.

İlkin araşdırmalar nəticəsində hadisənin qida zəhərlənməsi olması barədə yayılan məlumatlar təsdiqini tapmayıb.

Belə ki, Göyçay rayon mərkəzi xəstəxanasından Agentliyə daxil olan məlumatda həmin şəxslərə “toksik alergik qastrid” və “dəqiqləşdirilməmiş qastrid” diaqnozları qoyulduğu qeyd edilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar