Ru
23:02 / 20 Fevral 2025

Göygöl-Kəlbəcər yolunda hərəkət çətinləşdi - FOTO

Göygöl-Kəlbəcər yolunda hərəkət çətinləşdi - FOTO
1208

Bu gün axşam saatlarından yağan qar nəticəsində Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda hərəkət qismən çətinləşib.

Bakupost.az DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımova istinadən bildirir ki, hava şəraitinin dəyişməsi ilə əlaqədar Göygöl RPŞ-nin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib.

Onun sözlərinə görə hazırda dağlıq rayon olan Göygöldə nəqliyyatın hərələtində bir qədər çətinliklər yaranıb.

Hazırda bununla əlaqədar RPŞ-nin Dövlət Yol Polis Bölməsinin əməkdaşları rayon ərazisində mütəmadi xidmət apararaq, sürücü və piyadaların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər görür.

Göygöl rayon sakinlərindən, xüsusi ilə dağ kəndlərində yaşayanlardan xahiş olunur ki, mümkün qədər yaşayış yerlərini tərk etməsinlər, nəqliyyat vasitəsi idarə edənlər isə ara məsafə, minimal sürət və digər zəruri tədbirlərə riayət etsinlər

Göygöl-Kəlbəcər yolunda hərəkət çətinləşdi - FOTO
Göygöl-Kəlbəcər yolunda hərəkət çətinləşdi - FOTO
Göygöl-Kəlbəcər yolunda hərəkət çətinləşdi - FOTO
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar