Rusiyalı oftalmoloq göz rəngi ilə xərçəngə tutulma riski arasında əlaqə olduğunu açıqlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Strasti” portalı yazır.
Həkim bildirib ki, gözləri və dərisi açıq olan insanlarda bəzi xərçəng növlərinə tutulma riski daha yüksəkdir. Bu xəstəliklərə bəzi dəri və göz xərçəngi növləri, məsələn, gözün rəngli qişasının melanoması daxildir.
Mütəxəssisin sözlərinə görə, melanin səviyyəsinin aşağı olması səbəbindən açıq rəngli gözlər günəş işığından və parıltıdan kifayət qədər qoruna bilmir. Bu da mavi və ya yaşıl gözlü insanları işığa qarşı daha həssas edir.
Lalə,BakuPost