Ru
14:47 / 08 İyul 2024

Göz xəstəlikləri niyə artıb? - Tanınmış oftalmoloqdan vacib tövsiyə

4734
Son günlər əhali arasında göz xəstəliklərinin sayı çoxalıb. Həkimlər onlara müraciət edən pasiyentlərin gözlərində quruluq və konyuktivit əlamətlərinin geniş yayıldığını bildirirlər.


Bəs, yay aylarında göz xəstəliklərinin artmasının səbəbi nədir?




Bakupost.az -ın sualını tanınmış oftalmoloq, professor Paşa Qəlbinur cavablandırıb.

O, göz xəstəliklərinin artmasına dünyada, həmçinin ölkəmizdə ekologiyanın çirklənməsinin səbəb olduğunu bildirib:

“Yay aylarında isə böyük şəhərlərdə radiasiya nisbətən artır, asfalta düşür. Bunlar böyük və kiçik göz yaşı vəzlərinə mənfi təsir edir, onların fəaliyyəti zəifləyir və quruluq əmələ gəlir”.


P.Qəlbinur gözləri adıçəkilən xəstəliklərdən qorumaq üçün süni gözyaşlarından istifadə edilməsinin vacib olduğunu bildirib:

“Bu dərmanlar apteklərdə satılır, onlardan hər hansı birini istifadə etmək, gün eynəkləri taxmaq lazımdır, radiasiyanın çox olan vaxtlarında, yəni saat 11:00-dan axşam saat 18:00-dək dənizə getməmək tövsiyə olunur. Bu müalicələri etdikdə 100 adamdan 99-da müsbət nəticə əldə etmək olur. Kimdəsə bu müalicə qaneedici olmasa, həkimə müraciət etmək məsləhət görülür”.



Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar