Ru
09:21 / 07 Aprel 2025

Gözəllik salonlarında ciddi yoxlamalar aparılır - VİDEO

Gözəllik salonlarında ciddi yoxlamalar aparılır - VİDEO
Eye

Bəzi gözəllik salonları təkcə saç və dırnaq baxımı üçün yox, həm də müxtəlif kosmetoloji prosedurlar üçün şərait yaradır.

Bakupost.az Xəzər TV-yə istinadən məlumat verir ki, sosial şəbəkələrdəki elanlardan məlum olur ki, belə salonlarda müxtəlif dəri təmizləmə və pilinq, dərinin alt qatlarına vitaminlər, minerallar və digər faydalı maddələrin yeridilməsi ilə aparılan mezoterapiya, botoks və dolğu, eyni zamanda, lazer epilyasiyası kimi kosmetoloji xidmətlər həyata keçirilir.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə bildirilib ki, gözəllik salonları tibb müəssisələrindəki sanitar epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir.

Keçirilən yoxlamalar zamanı aşkar edilmiş qanunsuz tibbi fəaliyyət ilə məşğul olması faktı lisenziyasız özəl tibb fəaliyyəti kimi qiymətləndirilir və inzibati xətalar məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunaraq növbəti icraata göndərilir.

Ətraflı süjetdə:


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar