Ru
16:42 / 23 Sentyabr 2024

Güclü külək əsəcək - Xəbərdarlıq

699
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bakupost.az xəbər verir ki, bununla bağlı milli Hidrometeorologiya Xidməti məlumat yayıb.


Bildirilib ki, sentyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.

Sarı xəbərdarlığa uyğun olaraq Şabran, Xaçmaz, Siyəzən, Xızı, Salyan, Neftçala, Cəlilabad, Qobustanda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar