Ru
11:14 / 16 Aprel 2025

Güclü külək paytaxtda 55 ağacı sındırdı - FOTOLAR

Güclü külək paytaxtda 55 ağacı sındırdı - FOTOLAR
Eye

Dünən axşam saatlarından Bakı və Abşeron yarımadasında başlayan, güclü küləklə müşayət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Bakupost.az -a bildirilib ki, bu gün səhər saat 10:00 üçün olan məlumata görə güclü külək nəticəsində şəhərdə 55 ağac sınıb, 15-dən çox ağacın budaqları qırılıb.

Birliyinin əməkdaşları tərəfindən qırılan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib.

Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar