Ru
23:31 / 17 Aprel 2025

Güclü yağış bu qəsəbəni yolsuz qoydu - VİDEO

Güclü yağış bu qəsəbəni yolsuz qoydu - VİDEO
Eye

Güclü yağış Qaradağ rayonu, Umbakı qəsəbəsi ilə mərkəzi birləşdirən yolun üzərindəki körpünü uçurdub.

Bakupost.az xəbər verir ki, bu səbəbdən qəsəbənin rayon və şəhər mərkəzi ilə əlaqəsi tam kəsilib.

Sakinlər deyirlər ki, həmin körpü 2015-ci ildə əsaslı təmir olunub. İddia edirlər ki, maksimum 8 ton yükdaşıma qabiliyyəti olan körpünün uçmasının əsas səbəbi əslində təkcə sel suları deyil. Başlıca səbəb ağırtonnajlı maşınların yüklü formada körpüdən keçmələridir.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, problemdən xəbərdardırlar və ərazidə iş gedir.

“Xəzər TV”nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar