Hansı bank etibarlıdır? - SORĞU
Ru
21:32 / 25 Oktyabr 2024

Güləşçimiz dünya çempionu oldu

496
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının qızıl medalını qazanıb.

Bakupost.az xəbər verir ki, təmsilçimiz 1/8 finalda ukraynalı Alina Filipoviçdən güclü olub – 7:4.

O, növbəti mərhələdə türkiyəli Sevim Akbaşa heç bir şans tanımayıb – 10:0. Əliyeva yarımfinalda isə ABŞ-li Sofiya Makalusonu üstələyib və ardıcıl ikinci dəfə U-23 dünya çempionatının finalına yüksəlib.

Jalə finalda yaponiyalı Ruka Natami ilə qarşılaşıb. Daha öncə yeniyetmələr və gənclər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Natamiyə 10:8 hesabıyla qalib gələn güləşçimiz dünya çempionu olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar