Bu gün səhər Günəşdə X sinifindən olan ən güclü partlyış baş verib.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçev məlumat verib.
Şüalanmanın pik həddi saat 10:18-də (Bakı vaxtı ilə 11:18) qeydə alınıb. Günəş aktivliyinin artımı təxminən bir həftədir davam edir, lakin bu qədər güclü alışma yalnız indi baş verib.
Sonuncu dəfə X sinifinə aid iki alışma 8 dekabr tarixində qeydə alınmışdı.
Lalə, BakuPost