Gürcüstanda müxalifət oktyabrın 26-da keçirilən seçkilərdən sonra formalaşan yeni parlamentin ilk iclasının keçirilməsinə mane olmaq niyyətindədir.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu Tbilisidə parlament binası yaxınlığında keçirilən mitinqdə müxalifətin “Qirçi” partiyasının lideri, eks-deputat Zurab Caparidze deyib.
“10 gündən sonra, konstitusiyaya görə, parlamentin binasında bu zibillər (hakim Gürcü Arzusu - Demokratik Gürcüstan partiyasından olan deputatlar - red.) toplaşıb öz legitimliklərini elan edəcəklər. Biz buna icazə verməməliyik. Bunu hamılıqla etməliyik", - Çaparidze deyib.
Onun sözlərinə görə, digər mühüm tarix 21 noyabrdır:
"Bu, MSK-nın parlament seçkilərinin yekun protokolunu dərc etməsi üçün son tarixdir. Həmin gün də müxalifət mitinq keçirməlidir".
Zaur. BakuPost