Gürcüstan Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti üzvlərinin geri çağırılması barədə qərar qəbul edib.
Bakupost.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
"Biz gözləyirik ki, Avropa Şurası Parlament Assambleyası demokratiyaya və suverenliyə hörmətə əsaslanan əsas dəyərlərinə qayıdacaq", - deyə spiker Gürcüstanın AŞPA-dan çıxmasını izah edib.
Lalə, BakuPost