Gürcüstanın baş naziri İrakli Kobaxidze qurumun Gürcüstan hakimiyyəti əleyhinə tənqidi hesabat dərc etməsindən sonra Venesiya Komissiyasını "qeyri-ciddi struktur" adlandırıb.
Bakupost.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Onların tələblərinin heç bir hüquqi əsası yoxdur. Venesiya Komissiyası Avropanın ən qeyri-ciddi strukturlarından biridir <...> Bu struktur hüquq ekspertizası mərkəzindən “qlobal müharibə partiyası”nın maraqlarına xidmət edən siyasi orqana çevrilib <...> Biz onların hesabatlarını ciddi qəbul edə bilmərik”, - Kobaxidze jurnalistlərə bildirib.
Konstitusiya məsələləri üzrə məşvərətçi orqan olan Venesiya Komissiyası hesabatında Gürcüstanın İnzibati Xətalar Məcəlləsini və "Sərbəst toplaşmaq" haqqında”qanunu araşdırıb. Komissiya iddia edir ki, bu aktlar guya etiraz imkanlarını məhdudlaşdırdığı üçün yenidən işlənməlidir.
İrakli Kobaxidze onu da bildirib ki, Rusiyaya qarşı müharibəyə qoşulmaqdan imtina etdiyi üçün 2022-ci ildə Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsindən imtina edilib.
Zaur,BakuPost