Avropa İttifaqı (Aİ) Gürcüstan hökuməti üçün ayrılmış 121 milyon avro vəsaiti başqa məqsədlərə yönəltməyi planlaşdırır.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Brüsseldə keçirilən mətbuat konfransında deyib.
26 oktyabrda Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini ölkənin indiki hökuməti dövründə “demokratik geri çəkilməsini” tkimi qiymətləndirən Aİ Avropa Sülh Fondu vasitəsilə Gürcüstan silahlı qüvvələrinə dəstəyini geri çəkib. Həmçinin birbaşa olaraq Gürcüstana 121 milyon avronun ayrılmasını ləğv edib.
Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, bu vəsait “vətəndaş cəmiyyətinə və bilavasitə gürcü xalqına fayda verən proqramlara” yönəldiləcək.
Seçkilərdə nələrin baş verdiyini diqqətlə öyrənmək üçün Brüssel Gürcüstana siyasi missiya göndərəcək və Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndəsi Gürcüstandakı seçki pozuntuları ilə bağlı öz qiymətləndirməsini təqdim etmək üçün dəvət olunacaq.
“Gürcü arzusu”nun liderləri gürcü xalqının arzularına və Gürcüstanın Aİ-yə doğru irəliləmək məqsədinə zidd olaraq ölkəni bu yoldan uzaqlaşdırdılar. Biz hamımız Gürcüstan üçün eyni şeyi istəyirik - onu Avropa yoluna qaytarmaq”, - Josep Borrel vurğulayıb:
“Gürcü xalqına ötən il Gürcüstana səfərim zamanı dediyimi təkrarlamaq istəyirəm: Avropa İttifaqının qapısı Gürcüstan üçün açıq qalacaq”.