Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:15 / 28 Oktyabr 2024

Gürcüstan qarışdı - Yenidən parlament seçkiləri olacaq? - ŞƏRH

672
"İvanişvili 10 deputatı satın alsa, parlament işə başlaya bilər"


“Obyektiv olanlar, yəni nə iqtidara, nə də müxalifətə mənsub olmayan təhlilçilər deyirlər ki, seçkinin nəticələri həqiqətə yaxındır. Əksəriyyət hakimiyyətin dəyişməsini istəmir. Əsasən də hakimiyyətdən mənfəət görənlər, onun imkanlarından istifadə edənlər. Xüsusən də əyalət yerlərində geri qalmış, düşüncəsi dar kütlə hakimiyyətə səs verib. Ona görə də bilirlər ki, bu nəticələr həqiqətə yaxındır. Amma bütövlükdə götürəndə hüquqi cəmiyyət müxalifətə səs verib”.




Bu sözləri Bakupost.az –a açıqlamasında politoloq Zərdüşt Əlizadə Gürcüstanda parlament seçkilərinin nəticələri ilə bağlı danışarkən deyib.


Politoloq bildirib ki, müxalifət cəmiyyəti ələ almaq üçün kifayət qədər qətiyyətlidir:


“Xüsusən də prezident Salome Zurabişvili sanki müxalifətin başında durub. O, müxalif qüvvələri mitinqə çağırıb. İndi hər şey 2 amildən asılıdır. Birincisi, Bidzina İvanişvilinin qətiyyəti. İkincisi, müxalifətin qətiyyəti. İvanişvilinin qətiyyətinə indiyə qədər heç bir şübhə yoxdur, öz hakimiyyətini qorumaq üçün istənilən qətiyyətli addımdan çəkinmir. O müxalifətin mitinqlərini zor gücünə dağıdacaq".


Z.Əlizadə qeyd edib ki, “Gürcü Arzusu” partiyası seçkilərdə 100 deyil, 90 mandat götürüb:


"Parlamentin işə başlaması üçün gərək 100 deputat olsun. Müxalifət partiyaları təkrar seçkilərə nail olmaq istəyirlərsə, onda gərə, parlamentə gedib mandat götürməkdən imtina etsinlər. 90 deputatla Gürcüstan parlamenti qeyri-liberaldır. Əgər 61 müxalifət deputatı bu addımı atsa, onda Gürcüstan Konstitusiyasına görə, təkrar seçkilər keçirilməlidir. Məsələ burasındadır ki, 61 deputatın hamısı müxalifətin elan etdiyi Avropa yoluna, dəyərlərinə sadiqdirmi? İvanişvilinin 6 milyard pulu var. Bəzi gürcü təhlilçilərinin fikrinə görə, 10 deputatı satın almaq bir o qədər də müşkül deyil. O, 10 deputatı satın alsa, parlament işinə başlaya bilər. Seçkinin nəticələri göstərir ki, gürcü demokratiyası o qədər də kamil deyil. İkincisi, Gürcüstanda hakimiyyət oturuşmuş hakimiyyətdir. Bu hakimiyyəti dəyişmək üçün çox uzun müddət iş görmək lazımdır. Gürcü müxalifəti əhali ilə işləməyi bacarmır. Əsasən şüarlara, nağıllara inanır. Digər bir amil, 100 minlərlə gürcü xaricə gedir. Avropada yaşayır, işləyirlər. Artıq geri qayıtmaq fikirləri yoxdur”.


Aygün
BakuPost



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar