Gürcüstanın Rustavi Şəhər Məhkəməsi qəsdən adam öldürməkdə təqsirli bilinən azərbaycanlını 12 il müddətinə azadlıqdan məhrum edib.
Bakupost.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.
Məhkəmə prosesində təqdim olunan sübutlarla təsdiq edilib ki, 2024-cü il noyabrın 18-də Marneulidə təqsirləndirilən şəxs qisas məqsədilə zərərçəkmişə kəsici-deşici alətlə ağır xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Zərərçəkmiş xəstəxanaya çatdırılana qədər ölüb.
Qətldə təqsirləndirilən şəxs 2024-cü il noyabrın 19-da həbs edilib. O, qəsdən adam öldürmədə ittiham edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, qətlə yetirilən şəxs də azərbaycanlıdır. 1988-ci il təvəllüdlü Rasim Qubanov Marneulinin Keşəli kəndinin sakini olub.