Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:25 / 23 Oktyabr 2024

"Gürcüstanda dövlət çevrilişi hazırlanır"

1324
Gürcüstanda dövlət çevrilişi etməyə hazırlaşan müəyyən qruplar var.

Bakupost.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili brifinqdə deyib.

“Faktlar və bütün əlamətlər dövlət çevrilişinə hazırlaşan bir qrupun olduğunu göstərir”, - o bildirib.

Spikerin sözlərinə görə, 2020-ci ildə olduğu kimi, seçkilərlə bağlı yanlış hesabatlar hazırlamalı olan qeyri-hökumət təşkilatlarından istifadə edərək çevriliş üçün bəhanə hazırlanır.

“Ona görə də xalqımız sayıqlığını qorumalıdır və bu cür qeyri-gürcü qüvvələrə qarşı antidot seçkilərdə iştirak və bu qüvvələrin məğlubiyyətidir”, - Ş.Papuaşvili qeyd edib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar