Ru
11:24 / 31 Mart 2025

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı 100-ü ötdü

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı 100-ü ötdü
Eye

Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı 102 nəfər təşkil edir.

Bakupost.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin fevral ayı üzrə hesabatından məlum olur.

Yanvar ayı ilə müqayisədə vətəndaşlarımızın sayı 8 nəfər artıb.

Sənədə əsasən, vətəndaşlarımızın 25-i ittiham olunan, 77-si isə məhkumdur. Təqsirləndirilənlərin hamısı kişi, məhkumların isə 60-i kişi, 17-si qadındır.

Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı isə aylıq müqayisədə 4 nəfər azalaraq 48 nəfər olub. Həmin şəxslərin 40-ı kişi, 7-si qadın, 1-i isə yeniyetmə oğlandır.

Qonşu ölkədə həbs cəzası çəkən xarici ölkə vətəndaşlarının ümumi sayı 1 052, probasiya nəzarətində olan əcnəbilərin sayı isə 486 nəfərə bərabərdir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar