Ru
11:28 / 27 Noyabr 2024

Gürcüstanda keçmiş futbolçu prezidentliyə namizəd oldu

Gürcüstanda keçmiş futbolçu prezidentliyə namizəd oldu
Eye

Xəbər verdiyimiz kimi, Mixail Kavelaşvili Gürcüstan prezidenti postuna namizəd olub.

Bakupost.az xəbər verir ki, bu barədə hakim “Gürcü arzusu” partiyasının fəxri sədri, milyarder Bidzina İvanişvili bildirib.

Mixail Kavelaşvili keçmiş futbolçudurdur. O, 1991-2002-ci illərdə Gürcüstan millisinin heyətində 46 oyun keçirib və bu oyunlarda 9 qol vurub.

Mixail Kavelaşvili 22 iyul 1971-ci ildə Tbilisidə doğulub. Kavelaşvili futbolçu karyerasına Tbilisinin "Lokomotiv" klubunda başlayıb, sonra "Dinamo"ya keçib və onunla altıqat Gürcüstan çempionu olub (1990-1995).

Daha sonra 1995-ci ildə Vladiqafqazın "Spartak-Alaniya" klubuna keçib və onunla birlikdə Rusiya çempionluğunu da qazanıb.

Mixail Kavelaşvili 1996-cı ildə İngiltərənin "Mançester Siti" klubuna keçib. Sonra onu İsveçrə "Grasshopper"inə icarəyə veriblər. Kavelaşvili sonrakı 10 il ərzində İsveçrənin müxtəlif klublarında çıxış edib.

2004-cü ilin ikinci yarısında altı ay müddətinə "Alaniya"ya icarəyə verilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar