Ru
09:17 / 14 Dekabr 2024

Gürcüstanda prezident seçkiləri KEÇİRİLİR

Gürcüstanda prezident seçkiləri KEÇİRİLİR
Eye

Gürcüstan parlamentində prezident seçkisi başlayıb.

Bakupost.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, səsvermə 14:00-a qədər davam edəcək.

İclas zalında artıq səsvermə üçün xüsusi seçki qutuları quraşdırılıb.

Gürcüstan Konstitusiyasına yeni düzəlişlərə əsasən, yeni prezident deputatlardan və yerli özünüidarə orqanlarının nümayəndələrindən ibarət 300 nəfərlik seçici kollegiyası tərəfindən 5 illik müddətə seçiləcək. İlk turda səslərin üçdə ikisini qazanan namizəd qalib gəlmiş hesab olunacaq.

Gürcüstan prezidentliyinə yeganə namizəd isə deputat, Gürcüstanın futbol üzrə yığma komandasının keçmiş hücumçusu Mixail Kavelaşvilidir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar