Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:40 / 23 Oktyabr 2024

“Gürcüstanda qarşıdurma kəskin xarakter alacaq” - ŞƏRH

926
“Gürcüstanda çox ciddi proseslər gedir. Əhalinin siyasi fəallığı yetərincə yüksəkdir. Bu proseslər Qərb-Rusiya qarşıdurması fonunda baş verir və hesab edirəm ki, Gürcüstanda vətəndaş qarşıdurması, o cümlədən hakimiyyət-müxalifət qarşıdurması daha da kəskin xarakter alacaq”.

Bu fikirləri Bakupost.az-a politoloq Qabil Hüseynli bildirib.

O deyib ki, Gürcüstanın müxalifət partiyaları eynicinsli deyil. Orada müxtəlif partiyalar bir ideya ətrafında birləşiblər. Bu ideya da təbii ki, Gürcüstanın Qərb dünyasının bir hissəsinə çevrilməsidir. Müxalifət parlament seçkilərində də eyni blokda çıxış etmək niyyətindədir:

“Qərb Gürcüstanda demokratik qüvvələrə açıq dəstək verir. Bu, qonşu ölkədə Qərb-Rusiya qarşıdurmasının əsas göstəricisidir. Bu səbəbdən də Gürcüstan hakimiyyəti ilə Qərb arasında münasibətlər tamamilə korlanıb".

Sevinc,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar