Ru
10:11 / 31 Mart 2025

Gürcüstanda Saakaşvilinin partiyasının ləğvi prosesi başlayır

Gürcüstanda Saakaşvilinin partiyasının ləğvi prosesi başlayır
Eye

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin 2001-ci ildə təsis etdiyi Vahid Milli Hərəkat Partiyasının (VMHP) ləğvini nəzərdə tutan qanun layihəsi parlamentdə qeydiyyata alınıb.

Bakupost.az xəbər verir ki, sənəd bu gün qanunverici orqanın büro iclasında müzakirə olunacaq.

Layihəyə əsasən, VMHP ilə eyni nizamnamə, məqsəd və tərkibdə olan partiyaların fəaliyyətinin də qadağan edilməsi nəzərdə tutulur.

“Gürcü Arzusu”nun təşəbbüskarı olduğu qanun layihəsini şərh edən VMHP-nin siyasi katibi Giorgi Baramidze bildirib ki, partiyanın asanlıqla məhvi mümkün olmayacaq ki, çünki siyasi təşkilat hüquqi sənəd deyil, vahid, güclü dövlət ideyası ətrafında birləşmiş insanlardır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar