Ukrayna prezidenti Vladimir Zelenskinin Gürcüstanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməli ilə bağlı mövqeyi mənəviyyatdan uzaqdır.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.
Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti münaqişəyə qarışmamaqla öz əhalisini xilas edib.
Fevralın 25-də Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, 2022-ci ildə sanksiyalarla bağlı müvafiq qərar qəbul edilən zaman Tiflisin Ukraynadakı silahlı münaqişəyə cəlb olunması üçün “Gürcüstanda birbaşa gərginlik cəhdi” olub. Baş nazir əlavə edib ki, Aİ-nin anti-Rusiya sanksiyalarına qoşulmaq qərarı verilərdisə, Gürcüstan iqtisadi cəhətdən məhv olardı.
Zaur,BakuPost