Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:41 / 17 Oktyabr 2024

"Gürcüstanı gərgin günlər gözləyir" - Politoloq

713
"Oktyabrın sonunda Gürcüstanda mühüm seçkilər keçiriləcək. Geopolitik nöqteyi-nəzərdən də seçkilərin nəticələri böyük maraq doğurur. Eyni zamanda Qərbin Gürcüstanla bağlı həyata keçirdiyi siyasət artıq indidən hiss olunmaqdadır. Gürcüstanın müstəqil dövlət kimi fəaliyyətini qəbul etməyən qüvvələr hərəkətə keçib. X xarici agentlər haqqında və LGBT ideyalarının təbliğinin qarşısını alan qanunların qəbul olunması Qərb tərəfindən böyük qəzəblə qarşılanıb. Bütün bunlar Qərbin GürcüstanA müdaxiləsini məhdudlaşdırır, onun qarşısını alır. Aydındır ki, seçkilərlə Gürcüstanı cəzalandırmaq məqsədləri formalaşmaqdadır”.

Bu fikirləri Bakupost.az -a politoloq İlyas Hüseynov bildirib.

O deyib ki, Gürcüstanda baş verən proseslər Azərbaycan üçün də kifayət qədər önəmlidir:

""Xarici agentlər haqqında" qanunun qəbul olunmasından sonra bütün diqqət Gürcüstana yönəlib. Müstəqil siyasət yürüdən, ölkənin milli maraq və mənafelərini üstün tutan dövlətlər Qərbin qəzəbinə tuş gəlir. Hazırda isə Cənubi Qafqazda gedən proseslər fonunda Gürcüstan diqqət mərkəzindədir. Müxtəlif təsir imkanları, vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları, media resursları səfərbər olunub. Fikrimcə, Gürcüstanı çox gərgin seçki prosesi gözləyir. Çünki müxtəlif siyasi texnoloqlar, ictimaiyyətlə əlaqələr sahəsində işləmiş şəxslər artıq bu işə cəlb olunub. Şübhəsiz ki, bu resurslar seçkilərə mütləq öz təsirini göstərəcək”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar