Ru
18:15 / 19 Aprel 2025

Guya uşağı gözləyirlər, məktəbin həyətində qeybət qırırlar - Ekspert

Guya uşağı gözləyirlər, məktəbin həyətində qeybət qırırlar - Ekspert
Eye

Məktəbə övladını gətirən valideyn kənarda gözləməlidir. Təsəvvür edin ki, iki min şagirdi olan məktəbin nə qədər valideyni var. Hamısı gəlib gözləsə, məktəbdə nə baş verər?

Bakupost.az xəbər verir ki, bu sözləri Axar TV-ə geniş müsahibəsində təhsil eksperti Şəmsi Qoca deyib.

“Valideyn uşağını darvazanın ağzında gözləməlidir. Rayonlarda heç kim övladının ardınca məktəbə getmir. Şəhərlərdə təhlükəsizlik səbəbindən bu hal daha çoxdur.

Bəzi valideynlər də var ki, evdə darıxırlar, gəlib məktəbin həyətində oturub ərinin, qayınanasının qeybətini qırırlar, serialları müzakirə edirlər. Uşağı sinfə ötürür və dərs bitənə qədər otururlar orada”.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar