Ru
16:57 / 30 Sentyabr 2024

Güzəştli nəqliyyat: yeni tarif sisteminə keçməyə nə mane olur? - Açıqlama

1099
“Xəbər verildiyimiz kimi, ictimai nəqliyyatda gedişhaqqı ilə bağlı diferensial tarif yanaşması tətbiq ediləcək. Belə ki, bu sektorda fərqli tariflərin tətbiqi uzun müddətdir ki, müzakirə olunur. Amma bunun üçün kart sisteminə keçid tamamlanmalıdır”.



Bunu Bakupost.az -a nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

O bildirib ki, ictimai nəqliyyatdan istifadə üçün həftəlik, aylıq, illik tariflər tətbiq edilərsə, uzunmüddətli tarifdən istifadə edən sərnişin daha ucuz qiymətə gedib-gələ biləcək. Bu, artıq dünyanın bəzi ölkələrində həyata keçirilir:

“Əksər inkişaf etmiş ölkələrdə, o cümlədən Türkiyədə ictimai nəqliyyatda differensial qiymətlər tətbiq edilir. Bununla da cəmiyyətinin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqələri nəqliyyatdan güzəştli qiymətlərlə istifadə edə bilirlər. Bu baxımdan Azərbaycanda da oxşar praktikanın tətbiq edilməsinə ehtiyac var. Amma bunun üçün ictimai nəqliyyatda kartla ödənişə keçid tam yekunlaşmalıdır. Bu, başlıca şərtdir”.

Ekspert vurğulayıb ki, tələbələr, təqaüdçülər üçün fərqli tarif siyasəti tətbiq edilə bilər.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar