Ru
14:00 / 19 Mart 2025

Habil Vəliyevə bu dəfə daha ağır cəza verildi

Habil Vəliyevə bu dəfə daha ağır cəza verildi
Eye

"Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev növbəti dəfə eyni maddə ilə cəza alıb.

Bakupost.az xəbər verir ki, Habil Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Habil Vəliyev 3 nəfərdən hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilərək həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, H.Vəliyev daha əvvəl də eyni ittihamla məhkumluq həyatı yaşayaraq həbs edilmiş, 4 il cəza almışdı.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar