Ru
15:11 / 07 Aprel 2025

Hacı Vəliyevin şikayəti təmin olunmadı

Hacı Vəliyevin şikayəti təmin olunmadı
Eye

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi baş tutub.

Bakupost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Xatırladaq ki, məhkəmənin qərarına əsasən, Hacı Vəliyev barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar