Ru
23:19 / 05 Oktyabr 2024

Hacıqabulda ağır qəza: bir ailənin üç üzvü xəsarət aldı

561
Hacıqabulda yol qəzası zamanı bir ailənin üç üzvü xəsarət alıb.

Bakupost.az -ın “Report”a istinadla məlumatına görə, hadisə Hacıqabul şəhərində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində şəhərin İ.Qayıbov küçəsində yaşayan bir ailənin üç üzvü - 1965-ci il təvəllüdlü Əhədova Qızılgül Şəmsəddin qızı, onun nəvəsi, 2016-cı il təvəllüdlü Əhədova Qızılgül Ərşad qızı və 1986-cı il təvəllüdlü Əhədova Xəyalə Azad qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar