Ru
10:39 / 28 İyun 2024

Hacıqabulu su basdı - İnsanlar təxliyə olundu - FOTO-VİDEO

2213
İntensiv yağan yağışlar nəticəsində Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsində sel gəlib.

Bakupost.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən bəzi ərazilərin subasmaya məruz qalıb. FHN-in Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün əraziyə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar təxliyə edilib.

Qeyd edilib ki, mülki müdafiə qoşunları tərəfindən çayın kənd ərazisindən keçən hissəsində zəruri olan yerlərdə bəndbərkitmə işləri həyata keçirilir.


Hacıqabulu su basdı - İnsanlar təxliyə olundu -  FOTO-VİDEO
Hacıqabulu su basdı - İnsanlar təxliyə olundu -  FOTO-VİDEO
Hacıqabulu su basdı - İnsanlar təxliyə olundu -  FOTO-VİDEO
Hacıqabulu su basdı - İnsanlar təxliyə olundu -  FOTO-VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər