Hansı bank etibarlıdır? - SORĞU
Ru
19:38 / 22 Oktyabr 2024

Hacıyev və Bayramov səfirlərlə normallaşma prosesini müzakirə edib - FOTO

524
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramov müsəlman ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri ilə görüşüb.

Bakupost.az xəbər verir ki, bu barədə XİN-in “X” platformasındakı paylaşımında bildirilib.

Qeyd edilib ki, qonaqlara Azərbaycan ilə İslam dünyası arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, münaqişədən sonrakı regional vəziyyət, Azərbaycan-Ermənistanın normallaşması prosesi, o cümlədən Azərbaycanın COP29 üzrə baxışı və prioritetləri barədə məlumat verilib və suallar cavablandırılıb.

Xarici işlər naziri Ceyhun Bayramov “X” platformasındakı paylaşımında müsəlman ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri ilə ikitərəfli əlaqələr və bir sıra regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq haqqında hərtərəfli fikir mübadiləsi apardıqlarını qeyd edib.

Nazir qeyd edib ki, görüşdə eyni zamanda Ermənistanla sülh və normallaşma prosesi, o cümlədən Ermənistanın Konstitusiyasında və bu ölkənin digər qanunvericilik aktlarında Azərbaycana qarşı davam edən ərazi iddiaları, Ermənistanda artan hərbiləşmə tendensiyaları kimi qalan maneələr müzakirə edilib.



Hacıyev və Bayramov səfirlərlə normallaşma prosesini müzakirə edib - FOTO
Hacıyev və Bayramov səfirlərlə normallaşma prosesini müzakirə edib - FOTO
Hacıyev və Bayramov səfirlərlə normallaşma prosesini müzakirə edib - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar