Hansı bank etibarlıdır? - SORĞU
Ru
09:00 / 22 Oktyabr 2024

Bağırov körpüsünü də su basdı: Eldar Əzizov hadisə yerində - FOTO

898
Bakı şəhərinin Nərimanov rayonunda Bağırov körpüsünü su basıb.

Bu barədə Bakupost.az -a Bakı şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən bildirilib.

“Gecə saatlarında yağan yağışın normadan dəfələrlə artıq yağması nəticəsində paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospekti, Bağırov korpüsünün ərazisində subasma qeydə alınmışdır, bunun nəticəsində sözügedən ərazidə hərəkət tam dayandırılmışdır”, – məlumatda diqqətə çatdırılıb.

Mətbuat xidmətindən əraziyə icra başçısı Eldar Əzizov və aidiyyəti struktur rəhbərlərinin gələrək əraziyə baxış keçirdiyi, təxirəsalınmaz tədbirlərin görülməsinə başlanıldığı açıqlanıb.

“Bakı şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır, şəhər ərazisində xüsusi riskli ərazilər müəyyən edilərək aramsız yağan yağışın fəsadları aradan qaldırılır”, – BŞİH-in Mətbuat xidməti qeyd edib.
Bağırov körpüsünü də su basdı: Eldar Əzizov hadisə yerində - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar