Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edəcək.
Bakupost.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
“Biz Türkiyə olaraq Suriyaya yeni dövr üçün humanitar yardım baxımından çoxlu töhfələr vermişik. İndi bu inqilabdan sonra humanitar yardımlarımız davam edir və davam da edəcək. İŞİD başda olmaqla PKK/YPG ilə mübarizədə Suriya heç vaxt tək qalmamalıdır. Əlimizdən gələn hər şeyi edəcəyik. Bu yaxınlarda XİN rəhbərimiz Hakan Fidan da Suriyaya səfər edəcək”, - deyə Ərdoğan söyləyib.