Ru
20:41 / 05 İyul 2024

Halal otel adının verilməsində pul amili... - Ekspertdən sərt tənqid

1902
Xəbər verdiyimiz kimi, Azərbaycanda beynəlxalq təcrübə əsasında halal turizm xidmətləri üzrə yeni dövlət standartı qəbul olunduqdan sonra turizm obyektlərinə “halal hotel” sertifikatı veriləcək.




Bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov halal turizmin Azərbaycana müsəlman ölkələrindən gələn turistlərin sayının artmasına səbəb olacağını bildirib.

Hazırda Türkiyədə oteldə olduğunu bildirən ekspert qardaş ölkədə turizmin gerilədiyini deyib:

“Xidmət xeyli aşağı düşüb. Sanki təklif tələbi üstələyir. Belə halda əslində gərək servis yüksək olsun. Amma bunun əksi baş verib, xidmət aşağı düşüb, qiymətlər isə qalxıb. Bunun fonunda Azərbaycana gələn turistlərin sayı həddən artıq çoxdur. Təşkilat sədri kimi monitorinqlər aparıram, Azərbaycanın hər bir bölgəsinə gedirəm və görürəm ki, ölkəmizə Hindistandan, Pakistandan, Şri Lankadan gələn turistlər üstünlük təşkil edir”.

E.Hüseynovun sözlərinə görə, müsəlman ölkələrindən gələn turistlərin istəklərini qarşılamaq üçün halal turizm önə çəkilə və Azərbaycanda turizmin inkişafına töhfə verə bilər:

“Ölkəmizdə turizm xidmətləri başqa ölkələrlə müqayisədə bahadır, xidmət də aşağıdır. Azərbaycanda da tələb təklifi üstələyib, amma burda halal turizmə yer var. Elə bir iş aparılmalıdır ki, halal qida kimi əcaib sertifikatlaşdırma aparılmasın. Halal otel və turizmdə sertifikatların verilməsində pul amili rol oynamamlı, hökumət bu işi maliyyələşdirməlidir və halallığa dair bütün prinsiplər otellərdə və turizm məkanlarında bərpa olunmalıdır”.

Ekspert burda KİV, ictimai təşkilat, dini idarələr və bu işi qiymətləndirə bilən ekspertlərin iştirakını da vacib sayıb:

“Halal turizm tətbiq edən zaman heç bir turizm obyektində faizli kreditlər məsələsi olmamalıdır. Halallıq prinsipi, personalın müsəlman qaydalarına riayət etməsi gözlənilməlidir. Hökumət elə bir vəziyyət yaratmalıdır ki, çoxlu sayda turizm obyektləri yaransın və bunlar halallıq prinsiplərinə əməl etsinlər. Otelin tikilməsində pulun mənbəyi də halal olmalıdır, bu da ciddi araşdırılmalıdır”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər