İsmayıllıda 18 yaşlı gənc hamamda ölü tapılıb.
Bakupist.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, mərhumun təhsil aldığı İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci onun haqqında paylaşım edib.
Bildirilib ki, kollecin Zootexniklik ixtisası üzrə I kurs tələbəsi olan Əliyev Rahib Elnur oğlu çalışqanlığı və mehribanlığı ilə seçilən tələbə olub.
“O, müəllim və tələbə yoldaşları arasında daim hörmət və rəğbətlə qarşılanırdı. Təlim və təhsilə olan marağı, məsuliyyətli yanaşması və səmimi insanlığı ilə o hər zaman kollektivimizin yaddaşında qalacaq”.
Qeyd edək ki, gənc Ağdam rayon sakini olub, hadisə onun İsmayıllıda təhsil almaq məqsədilə yaşadığı kirayə evdə baş verib.
Onun dəqiq ölüm səbəbi hələlik bilinmir.