Ru
15:09 / 22 Fevral 2025

HAMAS daha 3 girovu BQXK-ya təhvil verib

HAMAS daha 3 girovu BQXK-ya təhvil verib
970

HAMAS İsrail ilə mübadilə razılaşması çərçivəsində daha 3 girovu təhvil verib.

Bakupost.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, Ömər Şem Tov, Eliya Koen və Ömər Venkertı Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilib.

Qeyd edək ki, proses Qəzzanın Nuseyrat bölgəsində baş tutub.

Razılaşmaya əsasən, bu gün 6 girov İsrailə təhvil verilməlidir.

Rəsmi məlumata görə, bu gün azad edilməli olan altıncı girov Hişam əl-Sayed Qəzza şəhərində BQXK-ya təhvil veriləcək.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar