Rusiya vətəndaşı da daxil olmaqla, HAMAS-ın əlində olan girovların təhvil verilməsi prosesi başlayıb.
Bakupost.az yerli mediaya istinadən xəbər verir ki, proses televiziya kanalları vasitəsilə yayımlanır.
HAMAS İsrail ilə mübadilə razılaşmasının 6-cı raundu çərçivəsində daha 3 nəfəri - - Aleksandr Trupanov, Sagi Dekel-Chen və Yair Hornu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verəcək.
S. Dekel-Chen Qəzzada saxlanılan sonuncu Amerika- İsrail vətəndaşlarından biridir. Aleksandr Trupanov isə rusiyalıdır.
Onlar İsrail Müdafiə Qüvvələrinə təhvil verildikdən sonra İsrailə aparılacaq.
Bu, İsrail-HAMAS arasında girov-məhbus mübadiləsinin 6-cı mərhələsidir. Yanvarın 19-da Qəzza zolağında atəşkəs əldə olunandan bəri 18 girov (13 İsrail və 5 Tailand vətəndaşı) azad edilib.
Qeyd edək ki, HAMAS ilə razılaşma çərçivəsində İsrail bu gün 369 fələstinli məhbusu azad etməyi öhdəsinə götürüb.