Dünən paylaşımı ilə hamilə olduğunu açıqlayan aktrisa Neslihan Atagül yeni sezonda çəkiləcəyi "İşgal Günlerinde Aşk" serialından ayrılıb.
Bakupost.az xəbər verir ki, 2016-cı ildə “Fatih Harbiye” serialının çəkilişlərində tanış olduğu Kadir Doğulu ilə ailə quran Neslihan Atagül ana olacağı müjdəsini verib. Körpə gözləyən aktrisa anlaşdığı “İşgal Günlerinde Aşk”da rol ala bilməyəcək.
Artıq serial üçün yeni aktrisa axtarışına başlanılıb.
Ssenarisini Yılmaz Şahin, rejissoru Nadim Güçlü olan serial 1918-ci ildə baş verəcə hadisələrdən bəhs edir. Mayor Ekrem və rus Veranın sevgisindən bəhs edəcək serial 2025-ci ilə iz qoymağı hədəfləyir.
Qeyd edək ki, bir müddətdir hamiləlik iddiaları ilə gündəmdə olan Neslihan İnstaqram səhifəsində qarnını tutaraq "Bu "xoşbəxtliyi" bir müddət daha gizli saxlamaq istərdik. Açığı, bu bizim haqqımızdır"... Bir sözlə, xoşbəxtik, razıyıq və yaxşıyıq”, - deyə yazıb.
Aygün
BakuPost