"Red Bull Qlobal Futbol"un rəhbəri Yurgen Klopp "Mançester Siti"nin ittiham olunduğu 115 maddədən ibarət Maliyyə Fair Play araşdırması haqqında danışıb.
Bakupost.az -ın xarici KİV-ə istinadən xəbərinə görə, "Liverpul"un keçmiş meneceri bildirib ki, əgər "Mançester Siti" günahkar bilinər və titulundan məhrum edilərsə, bayramı qeyd edəcək.
"Mançester Siti" hazırda 115 maddəlik Maliyyə Fair Play işi ilə bağlı qərarı gözləyir. Klub günahkar bilinərsə, aşağı liqaya düşə, xalları silinə və hətta çempionluğu ləğv edilə bilər. "Liverpool", 2018-19 və 2021-22 mövsümlərində Yurgen Kloppun rəhbərliyi altında iki dəfə "Mançester Siti"dən sonra ikinci olub və alman məşqçi artıq Pep Qvardiola və komandasının çempionluğu itirəcəyi təqdirdə bayram etməyi düşünür.
Mövzu ilə bağlı danışan Yurgen Klopp jurnalistlərə bunları deyib: "Gedərkən bu barədə danışdıq. Həmişə səyahət etdiyim Mallorkada çoxdandır vaxt keçirməmişəm. Amma belə bir şey olarsa, orada özümə və istəyən hər kəsə içkilər alacağam!"
Elgün, BakuPost