Hansı bank etibarlıdır? - SORĞU
Ru
09:58 / 02 Avqust 2024

Haniyə sui-qəsdində yeni iddialar: Bomba 2 ay əvvəl qoyulub, telefonuna casus proqramı yerləşdirilib

2525
ABŞ mətbuatı Haniyə sui-qəsdində bombanın 2 ay əvvəl qoyulduğunu iddia edib.

Bakupost.az xəbər verir ki, İranın paytaxtı Tehranda HƏMAS Siyasi Bürosunun lideri İsmayıl Haniyənin öldürülməsinin əks-sədaları davam edir.

Amerikanın “New York Times” (NYT) qəzeti ötən gün Haniyənin öldürüldüyü bildirilən bina ilə bağlı sosial şəbəkələrdə yayılan fotoların doğruluğunu təsdiqləsə də, binanın İran Prezident Sarayına yaxın olması təəccüb doğurub.



Digər tərəfdən, İranın İsrail ordusunu günahlandırdığı hücumla bağlı Təl-Əviv cəbhəsindən hələlik bir açıqlama yoxdur. Ancaq hücumun necə baş verdiyinə dair mümkün ssenarilər və iddialar irəli sürülməkdə davam edir.



Haniyənin qaldığı binanın yerinin dəqiq məlumat olduğu iddia edilsə də, onun otağının binada harada olduğu kimi konkret kəşfiyyat məlumatlarının kimdən gəldiyi bəlli deyil. İRNA-nın məlumatına görə, partlayış nəticəsində otağın pəncərələri və tavanının dağılması da bu ehtimalı gücləndirir.

Bu məlumatın haradan gəldiyinə dair ən təəccüblü iddialardan biri müharibə müxbiri və hərbi analitik Elijah J. Magnierdən gəldi. Magnier İsrailin vatsap mesajı vasitəsilə Haniyənin telefonuna casus proqram yerləşdirdiyini və beləliklə onun yerinin müəyyən edildiyini iddia edib. Magnier, Haniyənin sui-qəsddən az əvvəl oğlu ilə telefon danışığı olduğunu və HƏMAS liderinin dəqiq yerinin bu söhbət zamanı müəyyən edildiyini bildirib.





İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf sui-qəsdin ABŞ-ın koordinasiyası ilə baş verdiyini iddia edib. Qalibaf, “Bu hücumun ABŞ-ın dəstəyi və koordinasiyası ilə baş verdiyini bilirik. Bizim borcumuz bu qətlə lazımi zamanda və doğru yerdə cavab verməkdir”, - deyə bildirib.



Amerikanın NYT qəzeti öz xəbərində Haniyənin ölümünə səbəb olan bombanın iki ay əvvəl binaya qoyulduğunu iddia edib. NYT-nin ikisi iranlı olan yeddi Yaxın Şərq rəsmisinə əsaslanaraq verdiyi xəbərə görə, Haniyə İrana əvvəlki səfərləri zamanı eyni yerdə qalıb. Bu məlumata əsasən, Haniyənin ziyarətindən xeyli əvvəl binaya qoyulan bomba HƏMAS liderinin otağına gəldiyi təsdiqləndikdən sonra uzaqdan işə salınıb. Mənbələr bombanın uzun müddət necə gizlədildiyinin hələ də bəlli olmadığını desələr də, hadisəni İranın əsas təhlükəsizlik zəifliyi kimi qiymətləndiriblər.




Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar