HƏMAs lideri İsmayıl Haniyənin öldürülməsinə reaksiya verən fələstinli dükançılar İsrailin işğalı altında olan Şərqi Qüdsdə mağazalarını bağlayıblar.
Bakupost.az xəbər verir ki, mağazaların bağlı olduğu küçələr sükuta qərq olub.
Fələstin xalqı sui-qəsdə reaksiyasını mağazalarını bağlayaraq bildirərkən, bir günlük matəm də elan edilib.
Fələstində 1 günlük matəm elan edildikdən sonra İrandan açıqlama gəlib və Haniyənin vəfatına görə 3 günlük matəm elan edilib.
Qeyd edək ki, Haniyə İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edib.
İran İnqilab Keşikçiləri Korpusu iyulun 31-də səhər saatlarında yaydığı bəyanatda Haniyənin Tehrandakı iqamətgahına hücum edildiyini açıqlayıb.
İran və HƏMAS Hərəkatı sui-qəsddə İsraili günahlandırsa da, İsrail rəsmiləri hadisə ilə bağlı açıqlama verməkdən çəkinib.
Haniyə 2017-ci il mayın 6-da Həmas Şurası tərəfindən Xalid Məşəli əvəz edərək HƏMAS-ın Siyasi Bürosunun rəhbəri seçilib.
Elnur
BakuPost