Kremlin sözçüsü Dmitri Peskov HƏMAS lideri Haniyənin öldürülməsi ilə bağlı açıqlama verib.
Bakupost.az xəbər verir ki, Peskov bu cür hərəkətlərin bölgədə sülhün bərqərar edilməsi cəhdlərinə qarşı olduğuna diqqət çəkib:
"Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünə səbəb olan hücumu şiddətlə qınayırıq".
Haniyə İranın yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün Tehranda olub.
İran İnqilabı Keşikçiləri Korpusu iyulun 31-də səhər saatlarında verdiyi açıqlamada Haniyənin Tehrandakı iqamətgahına hücum edildiyini açıqlayıb.
İran və HƏMAS Hərəkatı sui-qəsddə İsraili günahlandırsa da, İsrail rəsmiləri hadisə ilə bağlı açıqlama verməkdən çəkinib.
Haniyə 6 may 2017-ci ildə HƏMAS-ın Şurası tərəfindən Xalid Məşəli əvəz edərək HƏMAS-ın Siyasi Bürosunun rəhbəri seçilib.
Elnur
BakuPost